Bakı. Trend:
Salyan rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
rayonun Aşağı Noxudlu kəndində “Daf” markalı yük avtomobilinin
qoşqusunun 4 ədəd arxa təkəri yanıb. Qoşqunun qalan hissəsi və
avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























