Bakı. Trend:
Bakı şəhərində iki avtomobil toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Suraxanı
rayonunda “HOVO” markalı yük avtomobili və “Opel” markalı minik
avtomobili toqquşub. Nəticədə yük avtomobilinin 5 ədəd qabaq təkəri
yanıb.
Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.

























