Advertisement

Şahbuzda avtomobil aşdı: 4 yeniyetmə xəsarət alıb

Bakı. Trend:

Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə
Şahbuz rayonunun Külüs kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində
Şahbuz rayon Külüs kənd sakinləri, 2007-ci il təvəllüdlü Cəfərli
Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu,
Quliyev Sinan Məzahir oğlu və 2011-ci il təvəllüdlü Məmmədov Barat
Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına
yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən
icazəsiz götürərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.