
Bakı. Trend:
Ələt-Astara magistralının 123 kilometrliyində, Cəlilabad
rayonunun Göytəpə şəhəri ərazisində saat 15:30 radələrində yol
qəzası qeydə alınıb.
Trend xəbər verir ki, 99 XV 217 dövlət qeydiyyat nömrə nişanlı
“Hyundai Getz” minik avtomobili Astara istiqamətində hərəkətdə
olarkən, eyni istiqamətdə nasaz vəziyyətdə dayanan Lənkəran rayon
sakini 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus
“Mercedes” markalı 99 CE 542 dövlət qeydiyyat nömrə nişanlı
avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində “Mercedes” avtomobilinin yanında dayanan sürücü
Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

























