Bakı. Trend:
Mayın 23-də saat 21 radələrində Göyçay rayonu ərazisində 1979-cu
il təvəllüdlü Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırma zamanı 1999-cu il təvəllüdlü Mehdi Məmmədovun aralarında
yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq
istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində
tutulub.

























