Bakı. Trend:
Sumqayıt şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində
ümumi sahəsi 450 m² (hər mərtəbəsi 150 m²) olan üçmərtəbəli evin
yaxınlığında sahəsi 100 m² olan birmərtəbəli yay mətbəxində 2 p.m
mebel, 4 ədəd məişət avadanlığı və dam örtüyünün yanar
konstruksiyaları 50 m² sahədə yanıb. Mətbəxin qalan hissəsi və
yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

























