Advertisement

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Bakı. Trend:

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən
məlumata görə, mayın 28-i axşam saatlarında Quba-Xaçmaz yolunun
10-cu kilometrliyində Quba rayon sakini, İlham Dadaşov idarə etdiyi
“Hyundai” markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı
ağaca çırpılıb.

İ.Dadaşov aldığı xəsarətlərdən Quba Rayon Mərkəzi Xəstəxanasında
ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində
cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.