Advertisement

Bakıda mənzildə köməksiz vəziyytdə qalanlar xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhərinin Xətai rayonunda 3 nəfərin mənzildə bağlı qapı
arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə
cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq
olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.