Advertisement

Masallıda minik avtomobili dəmir maneəyə çırpılıb, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Masallı rayonunun Şərəfə kəndində yol-nəqliyyat hadisəsinin baş
verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə
məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından
Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunublar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əməliyyat şəraiti
qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik
avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb və 1 nəfər
avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər
müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti
üzrə təhvil verilib.