Advertisement

ABŞ polisi Pensilvaniyada atəş açan şəxsi saxlayıb

Bakı. Trend:

ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində polis əməkdaşları
Pensilvaniya ştatının Folls-Taunşip şəhərindəki atışmada şübhəli
bilinən 26 yaşlı Andre Qordonu saxlayıblar.

Trend-in
məlumatına görə, bu barədə “CNN” televiziya kanalı xəbər verib.

“O, saxlanılıb. Başqa heç kim xəsarət almayıb”, – deyə Trenton
şəhər polis rəisi Stiv Uilson bildirib.

Qeyd edək ki, Pensilvaniya ştatında baş verən atışmada üç nəfər
ölüb.