
Bakı. Trend:
Qobustanda qumbara və odlu silahlar aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən məlumata görə, Qobustan Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3
ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7
ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər
nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov
tüfəngini könüllü olaraq polisə təhvil verib.

























