Advertisement

Masallıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Masallı rayonunun Qəriblər kəndində yol-nəqliyyat hadisəsinin baş
verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə
məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə,
məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin
müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,
“Mercedes” markalı iki minik avtomobili toqquşub və 1 nəfər
avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat
vasitəsindən 1 nəfər yaralı vəziyyətdə çıxarılaraq aidiyyəti üzrə
təhvil verilib.