Bakı. Trend:
Sabirabad rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Beşdəli
kəndində ümumi sahəsi 200 m² olan mağazanın içərisində 5 m² sahədə
təsərrüfat malları və 3 p.m elektrik kabeli yanıb, yüksək
temperaturdan 2 ədəd monitor qarsalanıb. Mağazanın qalan hissəsi
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























