Advertisement

Qubada 12 yaşlı yeniyetmə süni göldə batıb

Bakı. Trend:

Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə yeniyetmə
batıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.

Bildirilib ki, batan 12 yaşlı yeniyetmənin meyiti göldən
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib:

“İyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni
göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda
tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.