Advertisement

Zərdabda minik avtomobili yanıb – Trend.Az

Bakı. Trend:

Zərdab rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
rayonun Çallı kəndində “VAZ” markalı minik avtomobilin yanar
hissələri və 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər
yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.