Advertisement

Qardaş 23 yaşlı bacısını bıçaqladı

Bakı. Trend:

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

Trend xəbər verir ki, hadisə Avşar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər
zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə
ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb, hazırda
vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma
aparılır.