Bakı. Trend:
İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx
qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə
Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat
daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib
ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı
1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğu polis əməkdaşları
tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

























