Bakı. Trend:
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən
məlumata görə, bu gün saat 19:30 radələrində Şabran rayonu
ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi “Opel”
markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon
sakini L.Osmanovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan
şəxs orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

























