Advertisement

Bakıda kafedə yanğın olub – Trend.Az

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
rayonda ümumi sahəsi 100 m² olan taxta konstuksiyalardan ibarət
kafenin yanar konstruksiyaları 55 m² sahədə və içərisində 1 ədəd
televizor yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət
tavanı 30 m² sahədə və 1 ədəd su qızıdırıcısı əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.