Advertisement

Naxçıvanda sex yandı – Trend.Az

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin
“112” qaynar telefon xəttinə Babək rayonu Zeynəddin kəndində
vətəndaşa məxsus yardımçı tikilidə yanğının baş verməsi barədə
məlumat daxil olub.

Trend xəbər verir ki,
məlumatlarla əlaqədar Babək Rayon Dövlət Yanğından Mühafizə
Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə
cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş
yanğınlar qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 300 kavdrat metr olan sex və ona
bitişik qarajın çardaq hissəsi, sexdə olan avadanlıqlar və digər
əşyalar yanıb, qarajda olan minik avtomobilin sol tərəfi istiliyin
təsirindən zədələnib. Bu tikililərə yaxın məsafədə yerləşən ümümi
sahəsi 154 kvadrat metr olan fərdi yaşayış evi içərisindəki
əşyalarla birlikdə yanğından mühafizə edilib.