Bakı. Trend:
Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və
marixuana aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin
əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata
keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Vüsal Əzimov
saxlanılıb. Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və
marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
























