Bakı. Trend:
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində kişi qaynını
bıçaqlayıb.
Trend xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin
Məmmədov münaqişə zəminində qaynı Sərxan Namazova bıçaqla
xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs
tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.

























