Advertisement

Yevlaxda gənc oğlan qətlə yetirildi

Bakı. Trend:

İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində
2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə
qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, cinayət əməlini
törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir
Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər
zəminində baş verib.

Araşdırma aparılır.