Advertisement

Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” sularda
xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən
batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.