Advertisement

Azərbaycandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan 49 yaşlı Astara rayon sakini İlyas Dadaşov
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə
bildirilib ki, ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram
marixuana aşkar olunub.

Araşdırmalarla İ.Dadaşovun maddi qazanc müqabilində şəxsiyyəti
istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb
olunduğu müəyyən edilib.

O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən həmin 5 kiloqram
narkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası ilə
sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat
gəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə İ.Dadaşov barəsində həbs qətimkan tədbiri
seçilib, araşdırmalar davam etdirilir.