Advertisement

Gəncədə 29 yaşlı qadın intihar etdi

Bakı. Trend:

Gəncədə intihar hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə
alınıb.

Qəsəbədə yaşayan 1995-ci il təvəllüldü Tükəzban Aslanova
yaşadığı evin həyətində olan dirəkdən təsərrüfat təyinatlı kəndirlə
özünü asıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.