Bakı. Trend:
Lənkəran rayonunda bədbəxt hadisə baş verib.
Trend xəbər verir ki, Lənkəran rayonunun Gərmətük kəndi
ərazisində internet provayderlərindən birinin əməkdaşı, rayonun
Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov
internet xətti çəkərkən yüksəkgərginlikli elektrik xəttlərinə
toxunub. Bu zaman yüksəkgərginlikli cərəyan onu yerə çırpıb.
C.Həsənov ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi
Xəstəxanasına çatdırılsa da, onun həkimə qədər ölüm faktı qeydə
alınıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

























