Advertisement

Sabirabadda narkokuryer saxlanılıb – Trend.Az

Bakı. Trend:

Sabirabadda narkokuryer tutulub.

Daxili Uşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı
narkokuryerlik edən əvvəllər narkotiklərə görə məhkum olunmuş
Bəxtiyar Əliyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram heroin,
metamfetamin və marixuana aşkarlanıb.

Araşdırmalar zamanı B.Əliyevin sosial şəbəkə vasitəsilə tanış
olduğu İran vətəndaşının ona istifadəsi üçün narkotik vasitə təklif
etdiyi və bunun müqabilində kuryerlik etdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, adıçəkilən şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.