
Bakı. Trend:
Şabranda iki nəfərin xəsarət alması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Şabran
rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində qeydə
alınıb.
“Tayota” markalı minik maşını nasazlıq səbəbindən yolun
kənarında dayanan “VAZ 21019” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində yaralanan iki nəfər təcili tibbi yardım maşını
ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

























