Advertisement

Ordubadda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

İyunun 13-də bir nəfər Ordubad rayonun Unus kənd sakininin bıçaq
zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Ordubad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar
oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev
İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəsulov Bəxtiyar Sərdar oğlu şübhəli şəxs qismində tutulub.

Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai
istintaq aparılır.