Advertisement

Ağdaşda üçmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Ağdaş rayonunun Dəhnəxəlil kəndində üçmərtəbəli yaşayış
binasının 1-ci mərtəbəsində ümumi sahəsi 1000 m² olan talvarın
yanar konstruksiyaları 50 m² sahədə, talvarın altına yığılan rezin
qəliblər, talvarın altından keçən elektrik kabelləri 30 m² sahədə
və 3 ədəd qoruyucu açar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, talvarın qalan hissəsi
yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.