
Bakı. Trend:
Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan Trend-ə verilən məlumata görə, Daşkəsən Rayon Polis
Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə
narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər
sakini Məlikov Arif saxlanılıb.
Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq
narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.

























