Bakı. Trend:
Quba rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
rayonun Qırızdəhnə kəndində “Kia” markalı minik avtomobilinin yanar
hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























