Advertisement

Altı fermadan 10 min manatlıq oğurluq etdilər

Bakı. Trend:

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı
fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və
Pərvin Qurbanov saxlanılıblar.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəklərə 10000
manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.