Advertisement

Hökməlidə ikimərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Abşeron rayonunun Hökməli qəsəbəsində ikimərtəbəli evdə yanğın
olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan
ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar
konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət
tavanı 15 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.