Bakı. Trend:
İyunun 19-da paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1997-ci
il təvəllüdlü Talıbov Adil Xəyal oğlunun kəsici alətlə qətlə
yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini
törətməkdə şübhəli bilinən 1999-cu il təvvəllüdlü Süleymanlı Mətləb
Müşfiq oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş
verib.
Araşdırma aparılır.

























