Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə ölümlə nəticələnən ağır yol
nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə Ağdam-Füzuli yolunun 30-cu
kilometrliyində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106”
markalı minik maşını hərəkətdə olarkən yol tikintisi texnikasına
çırpılıb. Nəticədə Müsadirov Murad Aydın oğlu və Mustafayev Kənan
Tapdıq oğlu dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

























