
Bakı. Trend:
“Xaş-xaş-2024” şərti adı altında Quba Rayon Polis Şöbəsinin
əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional
qrupundan Trend-ə bildirilib ki, rayonun Digah kəndi ərazisində 1,5
hektar torpaq sahəsində yabanı bitmiş 2 ton 378 kiloqram çəkidə
8143 ədəd çətənə kolu aşkarlanaraq yandırma yolu ilə məhv
edilib.

























