Advertisement

Dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edildi

Bakı. Trend:

Dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edilib.

Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu,
Buzovna qəsəbəsində 3 nəfərin dənizdə nəzarətsiz ərazidə batma
təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə
yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə
batma təhlükəsində olan Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi
sakinləri 1988-ci il təvəllüdlü B.Hüseynov, 1997-ci il təvəllüdlü
B.Axundov və 2005-ci il təvəllüdlü N.Cəfərzadə dalğıc-xilasedicilər
tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.