Advertisement

Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edilib

Bakı. Trend:

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv
edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Trend-ə verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi
“Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik
tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər
aşkar edilib.

Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755620 kol, Şərur RPİ-nin
əməkdaşları tərəfindən 18500 kol, Ordubad RPŞ-nin əməkdaşları
tərəfindən 5852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9912
kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789884 ədəd çətənə
kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.