Advertisement

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Bakı. Trend:

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən,
əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə məhkum edilmiş
1971-ci il təvəllüdlü İlham Əlixanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan Trend
verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı və
daraq aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə
paytaxtdan Şamaxıya gətirdiyini bildirib.

İ.Əlixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib, araşdırmalar davam etdirilir.