
Ağdam. Trend:
Ağdamda minik avtomobili velosipedlə hərəktdə olan 15 yaşlı
uşağı vurub.
Trend-in Qarabağ
bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə
alınıb. 2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə
yolu keçmək istəyərkən 90-UX-771 dövlət qeydiyyat nişanlı
“Mercedes” markalı minik avtomobili onu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan V.Hüseynli
Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım
gösdərildikdən sonra vəziyyəti ağır olduğundan Bərdəyə
aparılıb.
Faktla bağlı araşdırma aparılır.

























