
Bakı. Trend
İntensiv yağışlar nəticəsində Şahbuz rayonu Biçənək kənd
avtomobil yolunda uçqun baş verib.
Trend-in məluatına
görə, iri qaya parçaları yolun hərəkət hissəsinə aşıb. Nəticədə
nəqliyyatın hərəkəti məhdudlaşıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin
xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb və
sözügedən yolda hərəkət bərpa edilib.

























