
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir
kəndində ev yanıb.
Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və
eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları və
içərisində olan əşyalar yanıb.
“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb”, – nazirlikdən qeyd
edilib.

























