Advertisement

Bakıda inzibati binada yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 360 m² olan
üçmərtəbəli inzibati binanın ikinci mərtəbəsində bir otağın yanar
konstruksiyaları 20 m² sahədə və 10 ədəd rəf yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 80 m² sahədə
əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.