Advertisement

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

Bakı. Trend:

Ötən gün batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən
“Mərdəkan” və “Şüvəlan” sularda xilasemə məntəqələrinin ərazisində
çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.