Bakı. Trend:
İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon
Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası prokurorluğundan Trend-ə verilən məlumata
görə, araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il
təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun şəxsi münasibətlər
zəminində bacısı 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm
qızını küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.
Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai
istintaq aparılır.

























