
Bakı. Trend:
Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.
Trend xəbər verir ki, hadisə iyunun 24-ü günorta saatlarında
Bankə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim
Qurbanəli oğlu Kürdə çimmək üçün evdən çıxıb.
Bir neçə saat sonra onun paltarları Kürün sahilində tapılsa da,
özünü tapmaq mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri
cəlb olunub.
Hazırda axtarışlar davam etdirilir.

























