Advertisement

Daşkəsənə dolu yağıb

Gəncə və ətraf rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə rayonun Xoşbulaq kəndinə dolu düşüb.

Dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.