Advertisement

Bakıda ticarət mərkəzinin qarşısında öldürülən gənc oğlanın kimliyi məlum olub – FOTO-VİDEO-YENİLƏNİB – FOTO – VİDEO

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

**

Bakıda güllələnmə hadisəsi baş verib.

APA Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda, “Metro Park” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.